Frogtoon Müzik

Sanatçı biyografisi Habil Aliyev

Habil Mustafa Oğlu Əliyev Çətin Və Maraqlı Həyat Yolu Keçmişdir. O 1927-Ci Il May Ayının 28-Də Azərbaycan Respublikası Ağdaş Rayonunun Üçqovaq Kəndində Anadan Olub. Yeddi Yaşında Ikən Rayon Mərkəzindəki 3 Saylı Yeddiillik Məktəbə Gedib. Həmin Illərdə Məşhur Xanəndə Və Musiqi Müəllimi Əhməd Ağdamski Əhməd Bəşir Oğlu Bədəlbəyli Habilgilin Evində Kirayədə Yaşayırdı. Əhməd Ağdamskinin Yaşadığı Evə Vaxtaşırı Musiqiçilər Toplaşar Muğamlardan Təsniflərdən Xalq Mahnılarından Danışar Yeri Gəldikcə Onlardan Parçaları Tarda Ya Kamançada Ifa Edərdilər. Balaca Habil Uşaq Marağı Ilə Çalğıya Qulaq Asar Mənasını Kəsdirmədiyi Söhbətləri Dinləyərdi. Elə Həmin Vaxtdan Da Habilin Uşaq Qəlbinə Sənətə Məhəbbət Közü Düşmüş Günbəgün Aybaay Alışıb Alovlanmağa Başlamışdı. Anası Nisə Xanım Isə Oğlunun Qəlbinə Düşmüş Bu Məhəbbət Odunu Öz Ana Nəvazişi Ilə Daha Da Alovlandırmışdı. Yeddinci Sinifi Və Həm Də Musiqi Məktəbini Bitirəndən Sonra Habil Pedaqoji Məktəbə Daxil Oldu. Müharibənin Böyük Vətən Müharibəsi 1941-1945 Dəhşətləri Getdikcə Daha Çox Hiss Edilirdi. Habilgilin Ailəsi Də Aclıq-Qıtlıq Keçirirdi. Əri Müharibəyə Getdiyinə Görə Böyük Bacısı Səidə Uşaqları Ilə Ata Yurduna Köçmüşdü. Evin Dolanacaq Ümüdgahı Habil Olmuşdu. Buna Görə Də O Pedaqoji Məktəbdə Oxumaqla Bərabər Axşamlar Nəcəf Bəy Vəzirov Adına Ağdaş Dövlət Dram Teatrında Işləyirdi Kamança Çalırdı. Balaca Habil Eyni Zamanda Ağdaş Rayon Pionerlər Evində Rəqs Dərnəyinin Də Üzvü Idi Və O 1944-Cü Ildə Bakıda Keçirilən Baxış Müsabiqəsinin Qalibi Olmuşdur. O Zaman Müsabiqə Lentə Alınmış Və Həmin Lent Yazısı Bu Gün Də Mərkəzi Dövlət Arxivində Saxlanılır . Habil "Segah" "Bayatı-Qacar" "Bəstənigar" "Bayatı-Şiraz" "Rahab" "Bayatı-Kürd" "Cahargah" "Rast" "Zabul" Muğamlarına Yeni Kamança Həyatı Vermişdir. Beləliklə Habil Əliyev Əllinci Illərin Sonu Altmışıncı Illərin Əvvəllərində Mahir Kamança Ustası Kimi Formalaşıb El Arasında Geniş Şöhrət Tapdı. Habil Əliyevin Virtuoz Çalğısını Musiqi Biliciləri Tez-Tez Nikkolo Paqanininin Ifaçılığı Ilə Müqayisə Edirlər. Hələ Bir Vaxtlar Böyük Britaniyada Respublikamızın Günləri Çərçivəsində Azərbaycan Incəsənət Ustalarının Konserti Verilirdi. Konsert Qlazqo Şəhərinin Yaxınlığında Tamaşaçılarla Dolu Olan Nəhəng Mazerverlle Sarayının Salonunda Gedirdi. Həmin Gecə Səhnədə Kamançanın "rəqibləri" Rəşid Behbudov Müslüm Maqomayev Tamara Sinyavskaya Kimi Dünya Şöhrətli Sənətkarlar Idilər. Konsertdən Sonra Qlazqo Şəhərinin Bələdiyyə Idarəsində Qəbul Zamanı Ingilis Musiqiçiləri Ər-Arvad Harrisonlar Habil Əliyevin Ifasını Proqramın Canı Adlandıraraq Azərbaycan Paqaninisinin Şərəfinə Badə Qaldırdıqda Bu Iştirakçıların Hamısını Təəccübləndirmişdi. Habil Əliyev Keçmiş SSRİ Respublikalarında Və Eləcə Də Dünyanın Bir Çox Ölkələrində Türkiyə Amerika Almaniya İngiltərə Fransa Hindistan Pakistan İran Misir İsveçrə Hollandiya Tunis Yaponiya Suriya Mozambik Və S. Qastrol Səfərlərində Olmuşdur. Ustad Sənətkar Virtuoz Ifaçılığı Ilə Yanaşı Gözəl Mahnıların Da Müəllifidir. Onun Bəstələdiyi 15-Dən Artıq Mahnı Bu Gün Də Tanınmış Musiqiçilər Tərəfindən Sevilə-Sevilə Ifa Olunur. Habil Əliyevin Dünyanın Böyük Dövlətləri Olan ABŞ Fransa Yaponiya İtaliya Və Yunanıstanda Azərbaycan Muğamlarından Və Xalq Mahnılarından Ibarət Kompakt Diskləri Də Buraxılıb. Habil Əliyev Sənətdə Göstərdiyi Xidmətlərinə Görə 29 Iyun 1964-Cü Ildə "Əməkdar Artist" 11 Yanvar 1978-Ci Ildə Isə "Xalq Artisti" Fəxri Adlarına Layiq Görülmüşdür. Dövlət Tərəfindən Dəfələrlə Müxtəlif Orden Və Medallarla Döş Nişanları Və Fəxri Fərmanlarla Təltif Olunmuşdur. Respublika Prezidentinin Fərdi Təqaüdçüsüdür. Habil Əliyev 1954-Cü Ildə Şərqiyyə Xanım Ilə Xoşbəxt Ailə Həyatı Qurmuş Üç Qız Və Bir Oğul Böyüdüb Tərbiyyə Etmişlər. Səkkiz Nəvəsi Var.

50 Habil Aliyev için En İyi 50 Müzik Parçası - Frogtoon Müzik

50 Habil Aliyev için En İyi 50 Müzik şarkı sözleri - Frogtoon Müzik

BAŞLANGIÇ HABIL ALIYEV
POPÜLER PARÇALAR KARIŞIMLAR ALBÜMLER
Video 1 : 50
Share
Max